Bank Of Baku

Təkrar dövlət qeydiyyatı üçün dini icmalara ayrılan vaxt başa çatıb

Təkrar dövlət qeydiyyatı üçün dini icmalara ayrılan vaxt başa çatıb
# 05 yanvar 2010 10:31 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dini icmaların təkrar dövlət qeydiyyatı ilə bağlı müraciət üçün ayrılan vaxt başa çatıb. Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş şöbəsinin müdiri Gündüz İsmayılov bildirib. Komitə rəsmisi deyib ki, qanunvericiliyə əsasən, təkrar qeydiyyatdan keçmək məqsədilə müraciət üçün ölkədə fəaliyyət göstərən dini icmalara 2010-cu ilin yanvarın 1-dək vaxt verilib: “Artıq müraciət üçün ayrılan vaxt başa çatıb və bu müddət uzadılmayacaq”.

G. İsmayılov indiyədək 600-dən artıq dini icmanın qeydiyyat üçün müraciət etdiyini deyib: ““Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişiklik qəbul olunmazdan əvvəl qeydiyyatda olan dini icmaların sayı 534 olub. Hazırda isə müraciət edənlərin sayı daha çoxdur. Deməli, heç bir problem yaşanmayıb. Yeni icmalar yarandıqda isə onların müraciəti üçün heç bir problem olmayacaq”.

Şöbə müdiri indiyədək 120 dini icmanın təkrar qeydiyyata alındığını diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR