Bank Of Baku

Azərbaycanın pravoslav kilsələrində Milad bayramı ilə bağlı ibadətlər keçiriləcək

Azərbaycanın pravoslav kilsələrində Milad bayramı ilə bağlı ibadətlər keçiriləcək
# 05 yanvar 2010 11:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanda yaşayan pravoslavlar
Milad bayramına hazırlaşır. Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat katibi Konstantin Ata APA-ya bildirib ki, Milad bayramı ilə əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə bütün kilsələrdə dini ayinlər keçiriləcək. Paytaxt Bakı ilə yanaşı, Gəncə, Xaçmaz və Sumqayıtda da dini mərasimlər təşkil olunacaq. Bakının Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Mədəniyyət Sarayında isə Milad bayramına həsr olunmuş tamaşa nümayiş etdiriləcək.

Konstantin Atanın sözlərinə görə, ibadətlərdə pravoslav Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə müvəqqəti yaşayan pravoslavlar, o cümlədən diplomatik missiyaların rəhbərləri və əməkdaşları da iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR