Bank Of Baku

QMİ nümayəndəsi cənub bölgəsində mollaların yetkinlik yaşına çatmayan qızların kəbinlərini kəsməsi haqda deyilənlərlə razılaşmır

QMİ nümayəndəsi cənub bölgəsində mollaların yetkinlik yaşına çatmayan qızların kəbinlərini kəsməsi haqda deyilənlərlə razılaşmır
# 09 yanvar 2010 09:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Cənub bölgəsində mollaların yetkinlik yaşına çatmayan qızların kəbinlərini kəsməsi haqda deyilənlər həqiqətə uyğun deyil. Bu haqda danışanlar bircə fakt göstərsinlər, biz də razılaşaq. Heç bir molla və Axund dövlət nikahı olmadan, dini nikah bağlamır”. Bu sözləri APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Cənub bölgəsi üzrə nümayəndəsi Axund Sədi Axundzadə deyib. Axund bildirib ki, tez-tez müxtəlif hüquq müdafiəçiləri, millət vəkilləri və ayrı-ayrı şəxslər tərəfindən cənub bölgəsində qızların yetkinlik yaşına çatmadan nikaha daxil olmaları haqda səsləndirilən fikirlər reallığı əks etdirmir. S. Axundzadə bu barədə danışanlardan konkret fakt göstərmələrini istəyib: “İstisna və təsadüfü baş verən hallara isə təkcə cənub bölgəsində deyil, hər yerdə rast gəlinə bilər. Bunu ümumiləşdirmək düzgün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR