Bank Of Baku

Moskva Patriarxlığının rəsmisi Dağlıq Qarabağdakı pravoslav kilsəsinin Ermənistana aid olması barədə dediklərinə aydınlıq gətirib - EKSKLÜZİV

Moskva Patriarxlığının rəsmisi Dağlıq Qarabağdakı pravoslav kilsəsinin Ermənistana aid olması barədə dediklərinə aydınlıq gətirib - <font color=red>EKSKLÜZİV</font>
# 13 yanvar 2010 13:15 (UTC +04:00)
Bunu APA-ya eksklüziv açıqlamasında Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavini iyeromonax Filipp (Ryabıx) bu gün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağda yerləşən pravoslav kilsəsinin Ermənistana aid olması ilə bağlı dediklərinə aydınlıq gətirərkən söyləyib: “Biz öz prixodlarımızı rusdilli soydaşlarımızı mənəvi cəhətdən qidalandırmaq üçün yaradırıq. Bizim səylərimiz yalnız insanlara qayğı, onları mənəvi qidalandırmaqla bağlıdır. Dağlıq Qarabağda prixodun (kiçik kilsə) açılması Erməni Apostol Kilsəsi vasitəsilə həyata keçirildiyindən patriarxın Ermənistana qarşıdan gələn səfəri zamanı erməni kilsəsi ilə əlaqələr müzakirə ediləcəyindən Dağlıq Qarabağdakı kilsənin adı çəkilib”.

Həmin kilsənin Dağlıq Qarabağda nə vaxt açıldığı ilə bağlı sualı cavablandıran Filipp Ata deyib ki, kilsə ötən il qeydiyyatdan keçib, hələlik binası belə yoxdur. İşğal altında olan Dağlıq Qarabağda pravoslavın sayına gəldikdə, Filipp Ata dəqiq rəqəm bilmədiyini deyib: “Ola bilsin ki, onların sayı azdır, amma bizim borcumuz onlara mənəvi qida verməkdir. Burada söhbət hansısa rus kilsəsinin hansısa siyasi mövqeyindən getmir. Bizim sadə bir vəzifəmiz var, biz də onu həyata keçiririk. Ermənistanla Azərbaycan arasında bu münaqişənin necə həll olunacağına gəldikdə, biz onun sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz buna yardım da edirik. Dəfələrlə Moskva Patriarxı, bütün Qafqazın şeyxi və bütün ermənilərin katolikosu arasında görüşlər keçirilib. Biz hər zaman mövcud reallığa qiymət verməkdən qaçmışıq”.

Xatırladaq ki, bu gün mətbuat konfransı keçirən Filipp (Ryabıx) Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin Ermənistana bu ilin martına nəzərdə tutulan səfəri barədə danışarkən bildirib ki, Moskva Patriarxlığının bu gün Ermənistanda 3 kilsəsi var: “Onlardan biri – İrəvanda, digəri Rusiyanın hərbi bazası yerləşən Gümrüdə, üçüncüsü isə Dağlıq Qarabağdadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR