Bank Of Baku

Hidayət Orucov: “Bir qrup adam qonorara işləyirmiş kimi Aşura günü gah bu, gah da digər məscidə gedib, qrup halında zəncir vururdu”

Hidayət Orucov: “Bir qrup adam qonorara işləyirmiş kimi Aşura günü gah bu, gah da digər məscidə gedib, qrup halında zəncir vururdu”
# 15 yanvar 2010 09:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Azərbaycanlıların tolerant xalq olduğunu bildirən komitə sədri bununla belə, müəyyən xarici ziyanlı meyllərin Azərbaycanda öz niyyətlərini həyata keçirməyə çalışdıqlarını vurğulayıb: “Amma onların qarşısı tərəfimizdən yüksək səviyyədə alınır. Bir qrup adam var ki, onlar sanki ştatlı işçilər kimi gah bu, gah da o biri məscidə gedib, qrup halında zəncir vururdular. Sanki qonorara işləyirdilər”.

H. Orucov deyib ki, dini icmalar başqa işlərlə deyil, dinin təbliği ilə məşğul olmalıdır.

Komitə sədri hazırda Azərbaycanda 1802 məscidin fəaliyyət göstərdiyini deyib. Sovet dövründə isə onların sayı cəmi 18 olub. H. Orucov, həmçinin deyib ki, heç kim komitənin rəyi olmadan məscid tikmək, bərpa etmək səlahiyyətində deyil: “Belə hal baş versə, qarşısı alınacaq. İşlər qanun çərçivəsində həll olunmalıdır”.

QMİ ilə sədri olduğu komitənin əlaqələrinin hazırda yüksək səviyyədə olduğunu deyən H
Orucov qeyd edib ki, əvvəllər belə olmayıb. Onun sözlərinə görə, vaxtilə komitədə QMİ-yə qarşı münasibət düzgün qurulmayıb: “Bu, antidövlət siyasəti kimi qəbul edilməlidir.
Komitəyə yeni rəhbərlik gələndən sonra münasibətlər müsbət məcraya yönəldi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR