Bank Of Baku

Azərbaycanın komitə sədri Moskva Patriarxlığı rəsmisinin açıqlamasını məsuliyyətsizlik adlandırıb

Azərbaycanın komitə sədri Moskva Patriarxlığı rəsmisinin açıqlamasını məsuliyyətsizlik adlandırıb
# 15 yanvar 2010 10:16 (UTC +04:00)
APA-nın xəbərinə görə, Hidayət Orucov jurnalistlərə açıqlamasında Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavininin açıqlamasından təəssüfləndiyini deyib: “Bu, məsuliyyətsiz açıqlamadır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Nəyə görə belə bir səhvə yol verilib? Niyə Dağlıq Qarabağdakı kilsə ilə İrəvandakı, Gümrüdəki kilsə eyniləşdirilir? Niyə o zaman onlar Azərbaycandakı - Bakıda, Gəncədə, Xaçmazda olan kilsələrin adını çəkmirlər? Belə açıqlama vermək olmaz. Mən bu açıqlaması verəni şəxsən tanımıram. O, çox qeyri-dəqiq, düşünülməmiş, hərənin bir cürə yoza biləcəyi ifadə işlədib”.

H. Orucov bu məsələ ilə bağlı Bakı və Xəzəryanı Yeparxiyanın Yepiskopu Aleksandr Ata ilə telefonla danışdığını deyib: “Ona çox ciddi iradlarımı bildirdim. O, da öz növbəsində söz verdi ki, bu məsələ məşğul olub məlumat verəcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuat konfransı keçirən Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavini iyeromonax Filipp (Ryabıx) Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin Ermənistana marta nəzərdə tutulan səfəri barədə danışaraq bildirib ki, Moskva Patriarxlığının hazırda Ermənistanda 3 kilsəsi var. «Onlardan biri – İrəvanda, digəri Rusiyanın hərbi bazası yerləşən Gümrüdə, üçüncüsü isə Dağlıq Qarabağda yerləşir», - deyə Patriarxlığın rəsmisi vurğulayıb. Bununla, o, Moskva Patriarxlığının Dağlıq Qarabağı Ermənistan ərazisi saydığını ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR