Bank Of Baku

Hidayət Orucov: “Ölkəyə gətirilən zərərli dini ədəbiyyatın miqdarı 20 dəfə azalıb”

Hidayət Orucov: “Ölkəyə gətirilən zərərli dini ədəbiyyatın miqdarı 20 dəfə azalıb”
# 15 yanvar 2010 11:03 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Qazax rayonunun Qızılhacılı kəndində qəbristanlığın dağıdılması araşdırılır. Yəqin müvafiq qurumların araşdırmaları başa çatdıqdan sonra məsələyə münasibət bidliriləcək”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. O, ölkəyə gətirilən zərərli dini ədəbiyyatın sayının 20 dəfə azaldığını söyləyib. Komitə sədri dini ədəbiyyatın ixtisaslaşmış mağazalarda satılmasının zəruri olduğunu vurğulayıb: “Bu sahədə apardığımız işlər gələcəkdə də davam etdiriləcək”.

Dini icmalar təkrar dövlət qeydiyyatına alınmaq üçün sənəd təqdim etməyəcəkləri təqdirdə onların qeydiyyatına məhkəmə yolu ilə baxılmasının mümkün olduğunu diqqətə çatdıran H. Orucov, hazırda komitəyə müraciətlərin qəbulunun davam etdirdildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR