Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar hadisələrinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilir - FOTO

Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar hadisələrinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilir - <font color=red>FOTO</font>
# 18 yanvar 2010 08:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar hadisələrinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilir. APA-nın xəbərinə görə, QMİ sədri Allahşükür Paşazadə başda olmaqla Azərbaycanın din xadimləri tədbirdən əvvəl Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinin yad ediblər.
Konfransda QMİ rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, millət vəkilləri, Azərbaycanın bütün bölgələrindən gələn axundlar, dini icmaların nümayəndələri iştirak edir.

Tədbirdə 20 Yanvar hadisələri ilə bağlı sənədli film nümayiş etdirilib.

Konfransda çıxış edən QMİ sədri Allahşükür Paşazadə 1990-cı ilin 20 Yanvar hadisələrinin törədilməsinin “Böyük Ermənistan” ideyası ilə yaşayanların Mixail Qorbaçovu siyasi oyuncağa çevirməsinin nəticəsi olduğunu deyib. A. Paşazadə o zamankı Azərbaycan siyasi hakimiyyətinin 20 Yanvar hadisələri zamanı simasızlıq nümayiş etdirdiyi, Azərbaycan xalqının başına böyük müsibətlər gəldiyini deyib.
Şeyxülislam 20 Yanvar hadisələrində xalqın yanında olduğunu, QMİ-nin insanların ümid yerinə çevrildiyini də xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR