Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
# 19 yanvar 2010 13:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan komitənin sədri Hidayət Orucov qanlı yanvar faciəsinin baş vermə səbəblərindən danışıb: “20 yanvar qətliamı Azərbaycan xalqına qarşı Moskvanın və Yerevanın hazırladığı cinayət idi. Moskvanın rəhbər dairələri və Yerevan buna uzun müddət əvvəldən hazırlaşmışdı”. H. Orucov, həmçinin 20 Yanvar hadisələrinin törədilməsində o zamankı ölkə rəhbərliyi günahlandırıb: “Bu faciə Azərbaycanın o vaxtkı rəhbərliyinin savadsızlığı və səviyyəsizliyi, xalqın iradəsinə qarşı çıxdığı üçün baş verdi. Ən acınacaqlısı isə o idi ki, xalqın başına açılan müsibətlər Moskvanın və Bakının rəsmi dairələri tərəfindən bilərəkdən saxtalaşdırılırdı”.
Baş vermiş hadisələrə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquqi qiymət verildiyini vurğulayan komitə sədri 20 Yanvar faciəsinin və həmin hadisələrdə şəhid olanların xatirəsinin Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR