Bank Of Baku

Azərbaycanda 30 dini icmaya qeydiyyat sənədləri təqdim edilib

Azərbaycanda 30 dini icmaya qeydiyyat sənədləri təqdim edilib
# 02 fevral 2010 16:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fevralın 2-də daha 30 dini icmaya müvafiq qeydiyyat sənədləri təqdim edilib. Dövlət komitəsindən APA-ya daxil olan məlumata görə, şəhadətnamələri təqdim edən qurumun sədri Hidayət Orucov dini ibadət yerlərinin təmiri, tikintisi və bərpası istiqamətində görülən işlər haqqında geniş məlumat verib, dini icmaların qeydiyyatdan keçməsilə əlaqədar işlənib hazırlanan qanunvericilik sənədlərini dövlətçiliyin gücləndirilməsində çox mühüm mərhələ olduğunu qeyd edib.

Mərasimdə İslam təmayüllü icmalarla yanaşı, qeyri-islam dini icmalarının rəhbərləri də iştirak ediblər.

Qeyd edək ki, bununla da Azərbaycanda təkrar dövlət qeydiyyatına alınan dini icmaların sayı 200-ü ötüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR