Bank Of Baku

Dini Komitə rəsmisi: “Erməni qəzetinin Azərbaycanda sünnilərə məxsus dini icmaların qeydiyyata alınmaması barədə yaydığı məlumatlar əsassızdır”

Dini Komitə rəsmisi: “Erməni qəzetinin Azərbaycanda sünnilərə məxsus dini icmaların qeydiyyata alınmaması barədə yaydığı məlumatlar əsassızdır”
# 03 fevral 2010 10:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “İslam.ru saytının Rusiyada nəşr olunan, ermənilərə məxsus “Erkramas” qəzetinə istinadən Azərbaycanda sünni müsəlmanların təzyiqlərə məruz qalması və onlara məxsus dini icmaların dövlət qeydiyyatına alınmaması barədə yaydığı fikirlərin heç bir əsası yoxdur. Əslində, həqiqətdən uzaq olan bu fikirlər yalandan daha çox böhtan xarakteri daşıyır”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Hüquq və qeydiyyat şöbəsinin müdiri Yusif Əsgərov Azərbaycanda sünni müsəlmanlara məxsus dini icmaların guya dövlət qeydiyyatına alınmaması ilə bağlı iddialara cavab verərkən deyib. Şöbə müdiri bildirib ki, Azərbaycan hökuməti dinindən və məzhəbindən asılı olmayaraq, hər bir vətəndaşın vicdan azadlığını yüksək səviyyədə təmin edir və bütün dini inanclar qanun qarşısında bərabərdir: “Bu, təkcə Azərbaycan cəmiyyətinin deyil, həm də beynəlxalq təşkilatların, yüksək səviyyəli diplomatların və nüfuzlu din xadimlərinin yekdil mövqeyidir. Görünür, Azərbaycanda mövcud tolerantlıq mühitindən və vicdan azadlığının yüksək səviyyədə təmin olunmasından narahatlıq keçirən, kinini gizləməyi bacarmayan və yad dəyirmanına su tökən şəxslər hələ də aramızda var”.
Y. Əsgərov sözügedən informasiyada adı çəkilən məscidlərlə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, İçərişəhərdəki “Aşur”, “Şəhidlər”, “Əbu Bəkr” məscidi kimi tanınan Nərimanov rayon “Cümə”, Qobustan, Ələt və Müşfiqabad qəsəbə məscidlərinin dini icmaları dövlət qeydiyyatından keçmək üçün müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyiblər: “Əgər lazımi sənədlər Dövlət Komitəsinə təqdim edilsə, həmin dini icmaların qeydiyyat məsələsinə baxıla bilər. Tarixən “Aşur” kimi tanınmış, lakin sonradan bəzi qruplar tərəfindən “Ləzgi məscidi” adlandırılan məscidlə bağlı məsələyə gəlincə, qeyd edilməlidir ki, İslam inancına görə, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs Allah qarşısında bərabərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR