Bank Of Baku

“Fatimeyi Zəhra” dini icması qeydiyyata alınmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yenidən müraciət edəcək

“Fatimeyi Zəhra” dini icması qeydiyyata alınmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yenidən müraciət edəcək
# 03 fevral 2010 16:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Fatimeyi Zəhra” dini icmasının rəhbərliyi icmanın dövlət qeydiyyatına alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yenidən müraciət edəcək. İcmanın rəhbəri Tofiq Rəzizadə APA-ya bildirib ki, məsələ ilə bağlı bu gün komitədə olublar və məsələnin həlli yolu araşdırılıb: “Komitədən bizə bildirdilər ki, bundan əvvəl icmanın üzvü olmuş bir sıra şəxslər qurumdan çıxıblar, amma bununla bağlı təqdim olunmuş sənədlərdə heç bir məlumat yoxdur. Onlar bizdən həmin məlumatları istədilər. Bizim 30 gün müddətində həmin sənədləri hazırlayıb quruma təqdim etməliyik”. T. Rəzizadə dini icmanın qeydə alınması üçün ciddi problemin olmayacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR