Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan şirkətin lisenziyası olmayıb - ARAŞDIRMA
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poloxov APA-ya açıqlamasında deyib ki, dövlət Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfər etməsini məhdudlaşdırmır: “Azərbaycanda İraq səfirliyi fəaliyyət göstərir. Onlar ölkələrinə səfərləri qanuni şəkildə təşkil edirlər. Azərbaycan isə öz vətəndaşlarına hansısa xarici ölkəyə, o cümlədən də İraqa səfər etməyə qadağa qoya bilməz”. E. Poloxov qeyd edib ki, Azərbaycanın İordaniyadakı səfirliyi bu hadisə ilə bağlı müvafiq işləri həyata keçirib.
İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərşad İsmayıl Ömər da APA-ya təmsil etdiyi ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına heç bir məhdudiyyət qoyulmadığını bildirib: “Qrup şəkilində viza almaq istəyənlər üçün problem yaradılmır. Qaydaya görə, İraqa səfər etmək istəyən vətəndaşın sənədləri bizim Xarici İşlər Nazirliyi tərəfindən müsbət qəbul olunduqda səfirlik viza verir. Fərdi qaydada müraciət edənlər üçün də məhdudiyyət yaradılmır. Lakin İraqda vəziyyətin təhlükəli olması barədə səfərə getmək istəyənlərə xəbərdarlıq edilir”. Diplomat deyib ki, əslində ziyarəti təşkil edən şirkətlər zəvvarların təhlükəsizliyinə məsuliyyət daşıyırlar: “Yanvarın 27-də baş verən hadisədə zərər çəkən qrup üzvlərinin vizanı haradan aldıqları araşdırılıb. Məlum olub ki, “Mütəvəkkil” şirkəti tərəfindən verilən vizanın alındığı qurum kimi İraqın Azərbaycandakı səfirliyi göstərilib. Lakin biz bu vizanı verməmişik. Artıq İraq dövləti həmin şirkətlə bağlı lazımi tədbirlər görməyə başlayıb ”.
Samirə şəhərində terror aktının şahidi olan Maştağa kənd Cümə Məscidinin axundu Hacı Seyidağa Məmmədov isə APA-ya açıqlamasında ziyarətə gedənlərin sənədlərinin saxta olması haqda deyilənləri ciddi qəbul etmədiyini deyib. O bildirib ki, bu günə qədər bir neçə dəfə Kərbəlanı ayrı-ayrı qrupların tərkibində ziyarət edib: “Mən bu qrupun rəhbəri olmamışam. Lakin kəndin axundu kimi belə məsələlərdə insanların yanında olmaq məcburiyyətində qalmışam. Onu deyə bilərəm ki, sənədlərin saxta olması haqda deyilənlərə inanmıram. Çünki bu qədər insani saxta sənədlə İraqa aparmağa heç kim cürət etməz”.
Hacı Seyidağa Məmmədov yanvarın 27-də şahidi olduğu hadisəni isə belə nəql edib: “Kazımiyyə şəhərindən Samirəyə gedirdik. Azərbaycanlı zəvvarların sayı 40-45 nəfər olardı. Avtobus kortejində İrandan olan zəvvarların da avtobusu vardı. Qəfildən avtobus kortejinə yaxınlaşan avtomobildən atəş açmağa başladılar. Dəhşətli mənzərə idi. Nə baş verdiyini bilmədim. Terrorçular avtobusları atəşə tutandan sonra qaçdılar. Hadisə nəticəsində iranlılarla yanaşı, bizim zəvvarlardan da bir nəfər öldü, ikisi isə yaralandı. Hələ də hadisənin təsirindən çıxa bilməmişik”.
Bir müddət öncə Kərbəla ziyarətində olan, adının çəkilməsini istəməyən Azərbaycan vətəndaşı isə APA-ya bildirib ki, ziyarətə gedən Azərbaycan vətəndaşlarının İraqa getməsində qanundan kənar məqamlar axtarmaq düzgün deyil. Çünki Azərbaycandan Kərbəlaya, Samirəyə, Nəcəfə və digər müqəddəs yerlərə səfər edənlərin sənədləri qaydasında olmasa, onlar İraqın dövlət sərhədindən ölkəyə daxil olmalarına imkan verilməz: “Ziyarətlər qrup şəkilində həyata keçirildiyindən hər qrupda zəvvarların sayı 30-40 nəfər olur. Əvvəlcə ziyarətə getmək istəyənlərin müvafiq sənədləri “Kərbəla yolları” şirkəti vasitəsilə İraqa göndərilir. Bir ay müddətinə İraqdan ziyarətə getmək istəyənlərin hər birinin adına rəsmi dəvətnamə gəlir. Bundan sonra İraqın Azərbaycandakı və ya İrandakı səfirliyindən viza alınır. İraqda isə ziyarəti təşkil edən turist şirkətinin nümayəndələri zəvvarları sərhəddə qarşılayıb, ziyarəti təşkil edirlər”.
“Kərbəla yolları” şirkətinin Bakıdakı Məhəmməd adlı nümayəndəsi isə deyib ki, təmsil etdiyi şirkət zəvvarların Kərbəlaya səfər etməsi prosesində birbaşa rol oynamır: “Sadəcə “Kərbəla yolları” şirkəti İraqda ziyarəti təşkil edən turist firmaları haqqında ziyarətə getmək istəyənlərə məlumat verir. Biz yalnız təyyarə bileti satırıq. İraqda isə ziyarəti, əsasən “Mütəvəkkil” və “Aksar” şirkətləri həyata keçirir. Zəvvarlar vizanı almaq üçün 15 gün öncə müraciət edirlər. Viza ya İraqın Azərbaycandakı, ya da İrandakı səfirliyindən alınır. Səfər zamanı adıçəkilən şirkətin nümayəndələri ziyarəti təşkil edirlər. İraqa birbaşa təyyarə reysi yoxdur. Ona görə də biz İraqa gedənlər üçün Suriyaya, Birləşmiş Ərəb Əmirliyinə təyyarə biletləri satırıq. Amma əvvəlcədən də zəvvarlar İraqdakı təhlükədən xəbərdar edilir”. O, Azərbaycanda dövlət qeydiyyatından keçdiklərini də söyləyib.
“Kərbəla yolları” şirkətinin qeydiyyatı ilə bağlı APA-nın Vergilər Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq isə bildirilib ki, adıçəkilən qurum “Kərbəla yolları” Turizm MMC olaraq qeydiyyata alınıb. Nazirlikdən o da qeyd olunub ki, adıçəkilən şirkətin turizm sektorunda fəaliyyət göstərməsi üçün Mədəniyyət və Turizm Nazirliyindən lisenziyası olub-olmaması ilə bağlı onlarda hər hansı məlumat yoxdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva isə APA-ya bildirib ki, “Kərbəla yolları” Turizm MMC-nin fəaliyyəti barədə nazirliyə bu günə qədər məlumat daxil olmayıb. Həmin şirkətin turizm sektorunda fəaliyyətini qanunsuz olduğunu deyən Z. Əliyeva qeyd edib ki, həmin qurum Mədəniyyət və Turizm Nazirliyindən lisenziya almayıb: “Yəni onun turizm sektorunda hər hansı fəaliyyəti Azərbaycan qanunları ilə yolverilməzdir”. O, məsələ ilə hüquq-mühafizə orqanlarının məşğul olacağına ümid etdiyini də söyləyib.
Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov isə APA-ya deyib ki, təmsil etdiyi qurum Kərbəla və İraqdakı digər müqəddəs yerlərə ziyarəti təşkil etmir: “İraq dövləti ziyarətə gedənlərə təhlükəsizlik təminatı verə bilmədiyi üçün biz həmin ölkəyə zəvvar göndərə bilmirik. Hətta bir müddət öncə İraqın müvafiq qurumu ilə ziyarət səfərləri ilə bağlı müqavilə məsələsi gündəmə gəlmişdi. Amma Qafqaz Müsəlmanları İdarəsi İraqda tam sabitliyin təmin olunacağı günü gözləyir”. M. Payızov onu da qeyd edib ki, ziyarəti təşkil edən qurumların Qafqaz Müsəlmanları İdarəsi ilə heç bir bağlılığı yoxdur: “Bu gün İraqa səfərlər qrup şəkilində əsasən fərdlər və kiçik turist şirkətləri tərəfindən həyata keçirilir. Əlbəttə, Azərbaycan vətəndaşlarının orada terrora məruz qalması bizi də narahat edir. Digər tərəfdən isə İraq səfirliyindən viza alıb bu ölkəyə səfər etmək istəyənlərə hər hansı qadağa tətbiq edə bilmərik”.
Məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycanlı zəvvarların Kərbəla ziyarətini getmələrini təşkil İraqda fəaliyyət göstərən “Mütəvəkkil” şirkəti ilə əlaqə saxlamaq isə mümkün olmayıb.
Xatırladaq ki, yanvarın 27-də İraqın Samirə şəhərində azərbaycanlı zəvvarlar silahlı hücuma məruz qalıblar. Nəticədə Azərbaycan vətəndaşları Maştağa sakini, 1994-cü il təvəllüdlü Leyla Əhmədova həlak olub, 1986-cı ildə anadan olan Müşfiq Abdullayev və 1975-ci il təvəllüdlü Nüşabə Nəzərova isə yaralanıb. Yaralılar Bağdadın Kazımiyyə rayonundakı xəstəxanalardan birinə yerləşdirilib, sonra isə mehmanxanaya köçürülüblər. Terror aktı zamanı dünyasını dəyişən Leyla Əhmədova Nəcəf şəhərində dəfn olunub.
Xəbər Lenti
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb