Bank Of Baku

Hidayət Orucov Polşa səfirini qəbul edib

Hidayət Orucov Polşa səfirini qəbul edib
# 09 fevral 2010 16:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Polşanın fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskini qəbul edib. APA-nın məlumatına görə, görüşdə K. Krayevski Azərbaycandakı tarixi tolerantlıq mühitini çox yüksək dəyərləndirib. O, milli-dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların dini etiqad azadlığının təmin olunması, milli-dini dözümlülük ənənələrinin davamlı inkişafı, sabit dini durumu yüksək qiymətləndiirb.

Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycanda dövlət-din münasibətləri, ümumiyyətlə, ölkədəki sabit dini durum haqqında səfirə məlumat verib. H. Oruvoc ölkədə katolik din mənsublarının sayca az olmasına baxmayaraq, onların öz dini ayinlərini sərbəst yerinə yetirmələri üçün hər cür şərait yaradıldığını diqqətə çatıdıb.

H. Orucov, həmçinin görüşdə Ermənistanın Azərbaycan ərazilərinə təcavüzündən, etnik təmizləmə siyasətimdən də danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR