Bank Of Baku

QMİ nümayəndəsi:”Cənub bölgəsində azyaşlılara nikah kəsilmir”

QMİ nümayəndəsi:”Cənub bölgəsində azyaşlılara nikah kəsilmir”
# 11 fevral 2010 07:23 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. “Cənub bölgəsində qız uşaqlarının erkən nikaha girmələri barədə səslənən fikirlər reallıqları əks etdirmir”. Bunu APA-nın yerli bürosuna Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə deyib. Onun sözlərinə görə, dövlət qurumları tərəfindən evlənmələri qeydiyyata alınmayan gənclərə yerli mollalar heç vaxt kəbin kəsmirlər. Q. Axundzadə deyib ki, bununla bağlı QMİ-nin Qazilər Şurasında da dəfələrlə müzakirələr aparılıb və kəbin kəsmək səlahiyyəti olan bütün axundlara fətvalara qeyd-şərtsiz əməl etmək tapşırılıb: “Biz yalnız əllərində dövlət qurumunun möhürü ilə təsdiqlənmiş evlənmək haqqında şəhadətnaməsi olan gənclərə şəriət kəbini kəsirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR