Bank Of Baku

Dini Komitə dindarlarla polis əməkdaşları arasında baş vermiş qarşıdurma ilə bağlı bəyanat yayıb

Dini Komitə dindarlarla polis əməkdaşları arasında baş vermiş qarşıdurma ilə bağlı bəyanat yayıb
# 15 fevral 2010 13:47 (UTC +04:00)
Dini komitədən APA-ya daxil olan bəyanatda bildirilir ki, qeyd olunan tarixdə Həzrət Məhəmmədin (s) vəfatı ilə əlaqədar Bakı şəhərinin Füzuli meydanından Şəhidlər xiyabanına yürüş təşkil edilməsi dinlə əlaqəsi olmayan bir qrup şəxsin məqsədli şəkildə planlaşdırdığı və cəmiyyətdə qarşıdurma yaratmağa, tolerantlıq mühitini pozmağa xidmət edən uğursuz cəhddir: “Müəyyən dairələrin təsirinə düşən kiçik bir qrupun din pərdəsi altında asayişi pozması, ictimai fikri çaşdıraraq zərərli təbliğat aparması qanuna zidd hərəkətdir. Buna görə də həmin qanunsuz aksiyanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınıb. Azərbaycanda vətəndaşların əqidə seçiminə hörmətlə yanaşılır, lakin dini ekstremizmin, dini dözümsüzlük ideyalarının təbliği qəbuledilməzdir. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq cəhdlərinə, xalqımızın yüzillər boyu formalaşmış tolerantlıq ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol verilə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR