Bank Of Baku

Azərbaycanda daha 30 dini icma təkrar dövlət qeydiyyatına alınıb

Azərbaycanda daha 30 dini icma təkrar dövlət qeydiyyatına alınıb
# 25 fevral 2010 15:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində daha 30 dini icma təkrar dövlət qeydiyyatına alınıb. Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, bu gün yeni qeydiyyata alınan dini icmaların rəhbərlərinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim edilib. Şəhadətnamələri təqdim edən Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycanın tarix boyu sivilizasiyaların, mədəniyyətlərin qovşağı olduğu üçün burada dünyanın böyük dinlərinin yayıldığını, tolerant düşüncə, dözümlü tərbiyə formalaşdığını deyib: “Buna görə də dini icmalar dini ibadətlərlə yanaşı, milli dəyərlərin qorunması, dini maarifçilik işinin keyfiyyətli aparılmasına da diqqət ayırmalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR