Bank Of Baku

Şeyxülislam Allahşükür Paşazadə “Aypara və ulduz” ordeni ilə təltif edilib

Şeyxülislam Allahşükür Paşazadə “Aypara və ulduz” ordeni ilə təltif edilib
# 11 mart 2010 10:21 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə “İNTERSAFETY” terrorizmə, korrupsiyaya, narkomaniyaya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsinin və BMT-nin Təltiflər İttifaqının ali dərəcəli “Aypara və ulduz” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bu gün bununla bağlı təqdimat mərasimi keçirilib. “İNTERSAFETY” terrorizmə, korrupsiyaya, narkomaniyaya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsinin təmsilçisi Vəli Yusifov ordeni Allahşükür Paşazadəyə təqdim edib. V. Yusifov ordenin ötən il təsis olunduğunu deyib. Onun sözlərinə görə, orden dünya miqyasında tanınan dövlət və ictimai xadimlərə təqdim olunur. Allahşükür Paşazadə isə beynəlxalq aləmdə müsəlmanların mənəvi inteqrasiyasının dərinləşəsi istiqamətində uzunmüddətli və davamlı fəaliyyətinə, sülh və tolerantlığın təmin olunması məramına, Qafqazda etniklər və konfessiyalararası münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi töhfələrə görə təltif olunub. A. Paşazadə ordenlə təltif olunmasına görə təşəkkürünü bildirib, bunu fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR