Bank Of Baku

Allahşükür Paşazadə: “Həcc zamanı zəvvarların hüquqlarının qorunması ilə bağlı Səudiyyə Ərəbistanı ilə ikitərəfli protokol imzalayacağıq”

Allahşükür Paşazadə: “Həcc zamanı zəvvarların hüquqlarının qorunması ilə bağlı Səudiyyə Ərəbistanı ilə ikitərəfli protokol imzalayacağıq”
# 11 mart 2010 10:52 (UTC +04:00)
Biz mayın 2-də Səudiyyə Ərəbistanı Krallığı ilə ikitərəfli protokol imzalayacağıq. Bu sənəddə
Həcc ziyarəti zamanı zəvvarların hüquqlarının qorunması, onların təhlükəsizliyinin təmin olunması və digər məsələlər əks olunacaq”. APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. Şeyx bildirib ki, İraq dövlətinə də belə bir protokolun imzalanması üçün müraciət edilsə də, indiyədək həmin müraciətə heç bir cavab verilməyib: “Mənim heç bir səlahiyyətim yoxdur ki, insanları təhlükəyə atım. Bu baxımdan biz İraqa ziyarətlərin təşkil olunmasını dayandırmışıq. Vətəndaşların fərdi şəkildə İraqa ziyarətə getmələri isə onların öz hüquqlarıdır. Göründüyü kimi dövlət də vətəndaşları bu ölkəyə səfər etməkdən çəkinməyə dəvət edir”. A. Paşazadə eyni zamanda builki Həcc ziyarəti ilə bağlı heç bir kvota dəyişikliyinin gözlənilmədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR