Bank Of Baku

Azərbaycanın komitə sədri Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gedir

Azərbaycanın komitə sədri Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gedir
# 17 mart 2010 11:57 (UTC +04:00)
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Səudiyyə Ərəbistanının müvafiq qurumları ilə əlaqələrin inkişafı, həmçinin din sahəsinə aid qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq, Dövlət Komitəsi və Səudiyyə Ərəbistanı Krallığının İslam işləri üzrə strukturları arasında əməkdaşlığın perspektivi mövcud münasibətlər kontekstində öyrəniləcək.

Azərbayacn vətəndaşlarının dini etiqad azadlığının təmin olunması, son illər tarixi-dini abidələrin bərpası və təmiri, müxtəlif din mənsublarına aid yeni ibadət yerlərinin tikintisi, eləcə də dini təhsil sistemi ilə əlaqədar yeniliklərin İslam dünyasının nüfuzlu dövlətinin ictimaiyyətinə çatdırılması, ölkələrimiz arasındakı mənəvi əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi baxımından da səfərin əhəmiyyətli olacağı gözlənilir.

Rəsmi səfər proqramında Hidayət Orucovun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının ərəb dilində ikinci nəşrinin təqdimatı da keçiriləcək.

Səfər proqramına dövlət və hökumət nümayəndələri ilə yanaşı, Krallığın elm və mədəniyyət xadimləri, Diplomatiya Universitetinin müəllim və tələbə heyyəti ilə görüşlər də daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR