Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib
Müraciətdə qeyd olunur ki, xəyanətkar xislətindən tarix boyunca dəfələrlə sui-istifadə olunmuş erməni ekstremistlərinin əməllərinə beynəlxalq hüquq müstəvisində qiymət verilməlidir: “Bəşəri cinayətlərə münasibətdə siyasi konyukturalara uyma, ikili standartlar mövqeyindən yanaşma, qərəzli təhrif və ya biganəlik nümayiş etdirilməsi qətiyyən yolverilməzdir. Bu yalnız və yalnız bəşəriyyət əleyhinə cinayətlərə daha da rəvac verilməsinə xidmət edə bilər. Cəzasızlıq yeni cinayətlərə sövq edir. Bariz misal kimi, erməni ekstremistlərinin cəzasızlıqlarından istifadə edərək Azərbaycanın 20 faiz ərazisini işğal etməsini, dinc əhalini qətlə yetirməsi, milyondan artıq əhalini öz doğma yurdundan didərgin salmasını, BMT-nin qətnamələrinə saymamazlıq nümayiş etdirilmələrini göstərmək olar”.
Allahşükür Paşazadə dini xadim bu məsələlərin mənəvi-əxlaqi tərəfini xüsusi vurğulayıb: “Bütün səmavi dinlər müqəddəs dəyər olan insan həyatına edilən qəsdi bağışlanmaz günah sayır. Bir günahsız insanın məhvini bütün bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirən dini mənəviyyatımız soyqırımı törətmişlərin ağır mənəvi məsuliyyətini önə çəkir. Bəşəriyyət belə halların bir daha təkrarlanmaması üçün onları qətiyyətlə pisləməli, insan sifətini itirmiş qatillərin əməllərini lənətləməli, ədalət mühakiməsi quraraq , bəşər əleyhinə cinayətlər törətmiş caniləri damğalamalıdır. Dünya ictimaiyyəti azərbaycanlıların soyqırımına məruz qalmasına dair tarixi arxivlərdə mövcud acı həqiqətlər barədə doğru-düzgün məlumata malik olmalıdır. Belə ki, Azərbaycan erməni ekstremistlərinin təcavüzünün qurbanı olmaqla yanaşı, erməni lobbilərinin bütün dünyaya car çəkdiyi dezinformasiyaların da qurbanıdır. Bu ölkə özünün “tarixi əzabkeşliyi” barədə mifi addımbaşı ona görə istifadə edir ki, özünün törətdiyi vəhşiliklərə, qanlı faciələrə, Azərbaycana qarşı hərbi müdaxiləsi, torpaqlarımızın istilasına dünya ictimaiyyəti qarşısında haqq qazandırsın”.
QMİ sədri müraciətində müasir dünyada əsl deyil, qondarma soyqırımlarla bağlı qayğılananların sıralarının genişlənməsi təəssüflə qeyd edib: “Beynəlxalq aləmdə saxta soyqırımların tanınması, soyqırım törətmişlərin “soyqırım qurbanları” kimi qələmə verilməsi yönündə meyllər bizi hədsiz narahat edir. Yaxın tarixdə - 1992-ci ildə Azərbaycan xalqının yaşadığı Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı illərdir etdiyimiz müraciətlər hələ ki bir nəticə vermir. Bütün bunlara rəğmən, biz inanırıq ki, dünya soyqırımlara məruz qalmış Azərbaycan xalqının haqq səsinə biganə qalmayacaq, onun haqq işinin zəfər çalmasına, tarixi ədalətin bərpasına yardımçı olacaq. Ümidvarıq ki, Azərbaycan həqiqətlərinin dünyaya yayılması qəsbkar dövlət olan Ermənistanın əsl simasının açılmasına yardım göstərəcək, onun genosidlər törədən, özgə torpaqlarına göz dikən terrorçu dövlət kimi tanınmasına rəvac verəcəkdir. Biz bütün dünya ictimaiyyətini Azərbaycan xalqının faciələrinə biganə qalmamağa, bizə qarşı törədilmiş dəhşətli soyqırımı aktlarına prinsipial hüquqi qiymət verməyə, Qarabağ münaqişəsinin ədalətli həllində bizimlə həmrəy olmağa, haqq səsimizə səs verməyə çağırırıq. Qoy Rəbbimiz doğrunu yanlışdan seçməkdə sizlərə yardımçı olsun və Mərhəmətini üzərimizdən əsirgəməsin. Amin!”
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib