Bank Of Baku

Allahşükür Paşazadə Rusiyanın ruhani lideri Kirillə başsağlığı məktubu göndərib

Allahşükür Paşazadə Rusiyanın ruhani lideri Kirillə başsağlığı məktubu göndərib
# 30 mart 2010 13:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın patriarxı Kirillə Moskva metrosunda baş vermiş terrorla əlaqədar başsağlığı məktubu göndərib. APA-nın “İnterfaks Reliqiya” saytına istinadən verdiyi məlumata görə, A. Paşazadə məktubunda yazıb ki, baş vermiş hadisə milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanı sarsıdıb, kədərləndirib. O bildirib ki, Azərbaycan dindarları bu faciəni şəxsi faciələri kimi qəbul ediblər: “Bizim xalqlarımız hər zaman bir-birinin sevincini də, dərdini də bölüşüb. Bu gün Azərbaycanın kilsələrində də, məscidlərində də ulu Yaradana dualar edilir ki, həlak olanların ruhlarına rəhmət, yaralılara şəfa, onların qohumları və yaxınlarına təskinlik versin. Moskvada baş vermiş terror aktları şərə və zorakılığa, terrora və ekstremizmə qarşı kəskin mübarizə məqsədilə birləşmək üçün bəşəriyyətə ciddi bir dərsdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR