Bank Of Baku

Azərbaycanının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təkrar qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr verilib

Azərbaycanının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təkrar qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr verilib
# 08 aprel 2010 15:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində daha 30 dini icma təkrar dövlət qeydiyyatına alınıb. APA-nın xəbərinə görə, bu gün qeydiyyata alınan İslam və qeyri-islam təmayüllü dini icmalara şəhadətnamələrin və dini qurumların dövlət reyestrindən çıxarış sənədlərinin təqdim edilib. Dövlət Komitəsinin sədri Hidayət Orucov qeydiyyatdan keçən dini icma rəhbərlərini bu münasibətlə təbrik edərək uğurlar arzulayıb, onlara ölkədəki dövlət-din münasibətlərinin qanuni bazasına riayət etməyi, sabit dini durumu qoruyub saxlamağa yardımçı olmağı, yad dini təsirlərə, məkrli siyasi tələblərə qarşı həm dindar, həm də vətəndaş kimi sağlam mövqe tutmağı tövsiyə edib: “Azərbaycanda dünyəvi dövlət quruculuğunun vətəndaşların seçimi olduğunu bildirib. Heç bir kənar dini təsir xalqın bu iradəsinin əksinə gedə bilməz. Dindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir, çünki onu siyasiləşdirəndə, müqəddəsliyini itirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR