Bank Of Baku

Bakı katolik kilsəsində Lex Kaçinski və təyyarə qəzasında ölən digər şəxslərin xatirəsinə ayin təşkil olunub

Bakı katolik kilsəsində Lex Kaçinski və təyyarə qəzasında ölən digər şəxslərin xatirəsinə ayin təşkil olunub
# 12 aprel 2010 09:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakı katolik kilsəsində Rusiyanın Smolensk şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasının qurbanlarının xatirəsinə ayin təşkil olunub. Bu barədə APA-ya kilsənin rəhbəri Vladimir Fekete məlumat verib. O bildirib ki, faciə baş verən günü Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski ilə görüşərək ona başsağlığı verib: “Bazar günü edilən ibadətlər təyyarə qurbanlarının xatirəsinə həsr olunmuşdu”.

Kilsə rəhbəri xatırladıb ki, Polşa prezidenti Lex Kaçinski Bakı katolik kilsəsinə 3 kilsə zəngi hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR