Bank Of Baku

“Əbu Bəkr” məscidinin ətrafında qurulmuş polis postu götürülüb

“Əbu Bəkr” məscidinin ətrafında qurulmuş polis postu götürülüb
# 12 aprel 2010 13:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. “Əbu Bəkr” məscidinin ətrafında qoyulmuş polis postu götürülüb. Bu barədə APA-ya açıqlamasında məscidin imamı Hacı Qamət Süleymanov bildirib. Onun sözlərinə görə, gecə-gündüz məscidin ətrafında keşik çəkən post patrul xidməti artıq bir neçə gündür yığışdırılıb: “Polis əməkdaşları daha məscidin ətrafında keşik çəkmirlər. Hərdən bir gəlib məscidin ətrafında müşahidə aparıb gedirlər. Ərazidəki polis postunun birdəfəlik götürülməsi və ya bunun müvəqqəti hal olub-olmaması barədə isə hələlik bizə heç bir məlumat verilmir”.

Q. Süleymanov həmçinin Avropa İnsan Haqları Məhkəməsinin “Əbu Bəkr” məscidinin fəaliyyətinin bərpası ilə əlaqədar şikayətə baxaraq yaxın günlərdə qərar qəbul edəcəyini bildirib.

Qeyd edək ki, “Əbu Bəkr” məscidi 2008-ci il avqust ayında orada baş verən terror aktından sonra bağlanılıb. “Nərimanov rayon dindarları” Dini İcması “Əbu Bəkr” məscidinin açılması tələbi ilə 2008-ci ildə Nərimanov rayon Polis İdarəsini məhkəməyə verib. Məhkəmə birinci dəfə iddianı təmin edərək məscidin fəaliyyətinin bərpası barədə qərar çıxarıb. Lakin sonradan cavabdeh tərəfin şikayəti əsasında məhkəmə işə yenidən baxıb və 2008-ci il dekabrın 23-də iddianı rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR