Bank Of Baku

Patriarx Kirillin Azərbaycana səfər proqramı açıqlanıb

Patriarx Kirillin Azərbaycana səfər proqramı açıqlanıb
# 23 aprel 2010 13:48 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana səfərinin proqramını açıqlanıb. APA-nın Rus Pravoslav Kilsəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, patriarx aprelin 24-də Bakıya gələcək. Aprelin 25-də o, Jen-Mironosits kafedral kilsəsində ibadət keçirəcək. Həmin gün Kirill MDB Dinlərarası Şurasının iclasında, ertəsi gün isə dünya dini liderlərinin sammitində iştirak edəcək. Aprelin 26-da “Gülüstan” Sarayında patriax Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçiriləcək sammitə ənənəvi dünya dinlərinin nümayəndələri qatılacaq.
Səfər çərçivəsində qonaq prezident İlham Əliyevlə də görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR