Bank Of Baku

Bakı katolik kilsəsində Polşa prezidenti və təyyarə qəzasında ölən digər şəxslərin xatirəsinə həsr olunmuş ayin keçiriləcək

Bakı katolik kilsəsində Polşa prezidenti və təyyarə qəzasında ölən digər şəxslərin xatirəsinə həsr olunmuş ayin keçiriləcək
# 23 aprel 2010 14:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Aprelin 24-də Bakı katolik kilsəsində Smolensk yaxınlığında baş vermiş təyyarə qəzasının qurbanlarının xatirəsinə həsr olunmuş ayin keçiriləcək. Bakı katolik kilsəsinin rəhbəri Vladimir Feketenin APA-ya verdiyi məlumata görə, ayin Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Xatırladaq ki, aprelin 10-da Rusiyanın Smolensk şəhəri yaxınlığında Polşa prezidenti Lex Kaçinski, onun xanımı Mariya Kaçinskaya, ümumilikdə 96 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR