Azərbaycanda Dünya Dini Liderlərinin Ümumdünya Sammiti keçirilir - YENİLƏNİB - FOTOSESSİYA
Tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev də sammiti böyük əhəmiyyətə mailik hadisə adlandırıb: “Bakıda dünya dini liderlərinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter alıb. Azərbaycanda müxtəlif millətlərin, dinlərin nümayəndələri əsrlər boyu qardaşlıq şəraitində yaşayıblar. Bu gün bütün dinlərin rəhbərlərinin Azərbaycana gəlməsi mühüm hadisədir. Bu görüşlərin gözəl nəticələri olacaq. Bakının bir növ dinlərarası dialoqun mərkəzinə çevrilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan dinlərarası dialoqun inkişafına öz töhfəsini verir. 20 ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının, 10 ilə yaxındır, Avropa Şurasının üzvüdür. Bakı ötən il İslam mədəniyyətinin paytaxtı seçilmişdi. Gün gələcək ki, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcək. Əsrlər boyu bütün dinlərin və millətlərin nümayəndələri Azərbaycanda birgə yaşayıblar. Ölkədə bütün azadlıqlar olduğu kimi, dini azadlıqlar da təmin olunub. Azərbaycanda 1000-dən artıq məscid, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir”.
Azərbaycan dövlət başçısı ölkənin qüdrətinin təkcə iqtisadi güclə ölçülmədiyini diqqətə çatdırıb: “Biz istəyirik ki, bölgədə sülh əldə edilsin, heç bir qarşıdurma olmasın. Əminəm ki, dünya dini liderlərinin birgə fəaliyyəti, bu sammitdə qəbul olunacaq sənədlər sülhə, əmin-amanlığa töhfə verəcək. Cəmiyyətdə böyük hörmətə malik olan dini liderlərin sözünə hər zaman böyük ehtiyac olub. Bugünkü tədbirdə səmimi fikir mübadiləsi üçün şərait var. Azərbaycan dünyəvi dövlətdir. Qloballaşma adı altında biz öz milli dəyərlərimizi unutmamalıyıq. Biz qloballaşma dedikdə dünyəvi dostluğu, əməkdaşlığı nəzərdə tuturuq. Qloballaşmaya dair bəzi dairələrdə olan şübhələri götürülməsinə çalışmalıyıq. Biz öz milli və dini dəyərlərimizə sadiqik, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməliyik və edirik. Biz eyni zamanda müasirləşmə yolunda böyük addımlar atırıq. Əminəm ki, bu sammit bəzi problemlərin müzakirəsinə və aradan qaldırılmasına yardım edəcək”.
Sonra Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Dmitri Medvedyevin sammit iştirakçılarına təbrik məktubunu oxuyub.
Bunun ardınca QMİ-nin sədri A. Paşazadə çıxış edib. Şeyx deyib ki, tədbirdə, əsasən qloballaşma və din mövzusu müzakirə olunacaq, dini liderlər qloballaşan dünyada dini dəyərlər və dini münasibətlər mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar.
Dağlıq Qarabağ münaqişəsinə toxunan A. Paşazadə sammit iştirakçılarının bu problemdən xəbərdar olduqlarını vurğulayıb: “Biz Ermənistanla münaqişəni aradan qaldırmaq üçün səylər göstəririk. Dəfələrlə ermənilərin katolikosu ilə görüşlərimiz olub. Mən ermənilərin katolikosunun dəvətimizi qəbul edib sammitdə iştirak etməsini mühüm amil kimi qiymətləndirirəm. Biz sülhün tərəfdarıyıq. Əminəm ki, Bakı sammiti bu işə böyük töhfələr verəcək”.
Sonra Moskva və bütün Rusiyanın patriarxı Kirill çıxış edib. O, sammitdə bu gün bəşəriyyətin üzləşdiyi problemlərlə bağlı diskussiyaların aparılacağını deyib: “Bugünkü tədbirin mühüm əhəmiyyəti var. Dinin cəmiyyətdə rolu böyükdür”.
Dini icmaların cəmiyyətdə sərbəst və azad fəaliyyətinin vacibliyini vurğulayan Kirill terrorçuluğun aradan qaldırılmasının yalnız maarifləndirmə və dinlərarası dialoqla mümkünlüyünü qeyd edib: “Biz çalışmalıyıq ki, dünya dinləri arasında əlaqələr güclü olsun”.
Sammit işini davam etdirir.
Qeyd edək ki, tədbirdə 33 ölkədən 220 nümayəndə, o cümlədən bütün ermənilərin katolikosu II Qaregin də iştirak edir.
Sammit sabah başa çatacaq.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib