Bank Of Baku

Klaudio Qucerotti: “Bakı sammiti tarixi hadisədir”

Klaudio Qucerotti: “Bakı sammiti tarixi hadisədir”
# 26 aprel 2010 12:53 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Din xadimlərinin Bakı sammiti həm də o baxımdan vacibdir ki, sülhə aparan ən yaxşı yolu tapmaqda siyasi liderlərə yardımçı ola bilər”. Bunu APA-ya açıqlamasında Vatikanın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfiri Klaudio Qucerotti deyib. O, Bakı sammitini tarixi hadisə adlandırıb: “Mən bugünkü toplantıdan çox mütəəssir olmuşam. Səbəb təkcə yüksək səviyyəli təmsilçilik, sammitin işində bütün dünyadan olan din xadimlərinin iştirakı deyil. Bu, həm də tarixi andır. Burada Moskva və bütün Rusiyanın patriarxı Kirillin, bütün ermənilərin katalikosu II Qaregin də iştirak edir. Bunlar onu göstərir ki, din qəlblərə təsir edə, insanları daha yaxşı anlamaq, sülhə nail olmağın daha yaxşı yollarını tapmaqda siyasətçilərə yardımçı ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR