Bank Of Baku

Azərbaycan paytaxtında keçirilən Dini Liderlərin Ümumdünya Sammitində Yekun Bəyannamə qəbul olunacaq

Azərbaycan paytaxtında keçirilən Dini Liderlərin Ümumdünya Sammitində Yekun Bəyannamə qəbul olunacaq
# 27 aprel 2010 08:46 (UTC +04:00)
APA-nın məlumatına görə, sammitin bu gün keçirilən plenar iclasında din xadimləri qəbul olunacaq sənədlərə öz iradlarını bildirib və terrorçuluq, müasir iqtisadi sistemlərdə islahatlar aparmaq üsullarına dinin təsiri və s. aktual məsələlərə öz münasibətlərini bildiriblər. İclasda çıxış edən Avropa müsəlmanlarının nümayəndəsi Səda Çələbi məktəblərdə dini təhsilin verilməsinin zəruriliyinə toxunub: “Bu, çox mühüm aspektdir və Sizləri bu məsələni bu gün qəbul olunacaq sammitin yekun Bəyannaməsinə daxil etmənizi xahiş edirəm”. Səda Çələbi bildirib ki, Belçika, Avstriya, Hollandiyada yaşayan müsəlmanlar Azərbaycanla sıx əlaqələr qurulması ideyasını dəstəkləyirlər. Hazırda iclasın təqdimat hissəsi başa çatıb və dini liderlər Yekun Bəyannamənin mətni üzərində işi davam etdirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR