Azərbaycan paytaxtında keçirilən Dini Liderlərin Ümumdünya Sammitində Yekun Bəyannamə qəbul olunub
İqtisadiyyat, siyasət, hüquq və mədəniyyətin qloballaşması birmənalı proses deyil. Bu, istehsalın, ticarətin, elmin, təhsilin inkişafına, təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahələrində ümumi çağırışlara cavabların verilməsində az praktiki səmərə verməyib. Beynəlxalq əlaqələr inanclı insanlara müasir çoxmillətli və çoxdinli cəmiyyətlərdə öz hüquqlarını qorumağa imkan verir. Lakin qlobal proseslərin din sahəsinə təsiri bir çoxları tərəfindən tənqidlə qarşılanır”.
Bəyannamədə bildirilir ki, insanın hətta dünya elitalarının xoşuna gəlməsə belə, öz dünyagörüşünü sərbəst şəkildə formalaşdırması, xalqlara isə kimsə “kifayət qədər tərəqqipərvər” hesab etməsə belə öz həyat tərzini qoruyub saxlamaq üçün imkan yaratmaq lazımdır. Sənəddə qeyd olunur ki, qloballaşma dövlətlərin, xalqların və fərdlərin təhlükəsizliyi üçün təhdidləri aradan qaldırmayıb: “Müasir dünyamızda ötən əsrlərdən miras qalan aclıq, sosial qeyri-bərabərlik, ətraf mühitin çirklənməsi, milli-dini zəmində silahlı münaqişələr kimi problemlər hələ də həllini tapmayıb. Əksinə bu problemlərə yeniləri əlavə olunub. Varlı ölkələr daha da varlanmaqda, kasıb ölkələr daha da kasıblamaqdadır. Ümumdünya gəlirlərinin qeyri-bərabər bölünməsi tənqidləri hər gün daha da artırır”.
Sənədi imzalayan dini liderlər hesab edirlər ki, əvvəllər ayrı-ayrı regionları təhdid edən terrorizm artıq beynəlxalq xarakter almaqdadır və onunla mübarizə nəzərəçarpacaq dərəcədə çətinləşib: “Dini liderlərin dünyanı yalnız öz gücləri hesabına düzəldə biləcəyini düşünmək düzgün deyil. Onların çağırışları yalnız inanclı insanlara təsir edir. Buna görə də bir çox ölkələrdə nasist ideyaları qadağan olunduğu kimi, dinc insanlara qarşı zorakılığa haqq qazandıran dini-siyasi doktrinalar da qadağan edilməlidir”.
Yekun Bəyannamədə qeyd olunur ki, bu gün dünya üçün ən böyük təhlükələrdən biri hər il milyonlarla insanın həyatına son qoyan narkomaniya problemidir: “Beynəlxalq narkokartellər terror təşkilatlarının prinsipi ilə fəaliyyət göstərərək öz əhatə dairələrini daim genişləndirir və insanların əzabı və ölümü üzərində milyardlarla dollar pul qazanırlar. Terrorçuluqla olduğu kimi narkotik maddələr ticarətinə qarşı da mübarizə ardıcıl, amansız xarakter daşımalı və bütün dünya ictimaiyyətinin gücü ilə aparılmalıdır”.
Dünya dinlərinin liderləri Yekun Bəyannamədə işğalçılıq probleminə də yer ayırıblar: “Hər bir ölkənin ərazi bütövlüyü qorumalı, eyni zamanda hər bir xalq azad şəkildə inkişaf etməli, öz taleyi ilə bağlı bütün beynəlxalq qərarların qəbulunda iştirak etməlidir. Meydana çıxan münaqişələr ədalətli, bu münaqişəyə cəlb olunan bütün tərəflərin maraqları nəzərə alınmaqla, beynəlxalq birlik tərəfindən qəbul olunan norma və prinsiplər əsasında əhllini tapmalıdır”.
Xəbər Lenti
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB