Bank Of Baku

Hidayət Orucov: “Azərbaycanda 10-dan artıq dini icmanın qeydiyyatından imtina olunub”

Hidayət Orucov: “Azərbaycanda 10-dan artıq dini icmanın qeydiyyatından imtina olunub”
# 30 aprel 2010 08:34 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.

Komitə sədri bildirib ki, qeydiyyatından imtina olunan dini icmalar islam və qeyri-islam yönümlüdürlər. Onun sözlərinə görə, qeydiyyatdan imtinaların hərəsinin öz səbəbi var: “Onların bəzilərinin sənədlər qanunauyğun tərtib olunmayıb”.

Bu günlərdə Azərbaycanda qanunsuz dini fəaliyyətlə məşğul olan Türkiyə vətəndaşlarının saxlanması barədə suala isə H. Orucov belə cavab verib: “Qanundankənar hərəkət edənlərə qarşı qanun çərçivəsində münasibət bildirilib və bildiriləcək. Dövlət Komissiyasının öz funksiyaları, hüquq-mühafizə orqanların isə öz səlahiyyətləri var. Bu, daha çox hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aid olan məsələdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR