Bank Of Baku

Bakı katolik kilsəsində Azərbaycan paytaxtındakı ilk katolik kilsəsinin tarixinə aid materiallar sərgilənib – FOTOSESSİYA

Bakı katolik kilsəsində Azərbaycan paytaxtındakı ilk katolik kilsəsinin tarixinə aid materiallar sərgilənib – <font color=red>FOTOSESSİYA</font>
# 17 may 2010 08:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakı katolik kilsəsində keçən əsrin əvvəllərində Azərbaycan paytaxtında fəaliyyət göstərən ilk katolik kilsəsinin tarixinə aid materiallar sərgilənib. Bakı katolik kilsəsinin rəhbəri Vladimir Fekete APA-ya bildirib ki, sərgi Bakıda keçirilmiş dini liderlərin sammiti ilə əlaqədar təşkil edilib. O deyib ki, həmin sammitdə iştirak edən Vatikanın dinlərarası dialoq üzrə şurasının rəhbəri, kardinal Jan-Lui Tauran və Vatikanın Cənubi Qafqazdakı nunsisi Klaudio Qucerotti sərgi ilə tanış olublar: “Azərbaycan Dövlət Tarix Arxivi ilə birgə əməkdaşlıq nəticəsində biz Azərbaycanda hələ çar dövründə yaşayan katolik icması haqqında çox maraqlı fotolar və sənədlər aşkarlamışıq. Onlardan 30-a yaxınını sərgiləmişik. Biz ilk katolik kilsəsinə aid 15 tarixi foto, çertyojlar və sxemlər aşkarlamışıq. Mənə çox maraqlı gələn o idi ki, 1863-cü ildə Bakıda bu cür güclü katolik icması fəaliyyət göstərib, onlar 50 il ərzində kilsə inşası üçün mübarizə aparıblar. Təəssüf ki, həmin kilsə keçən əsrin 30-cu illərində, Stalin repressiyaları dövründə sökülüb”.

Qeyd edək ki, XX əsrin əvvəllərində Azərbaycanda katoliklərin sayı 10 minə çatıb və 1909-cu ildə hazırda Şəhriyar adına Mədəniyyət Mərkəzinin yerləşdiyi yerdə kilsənin təməlqoyma mərasimi keçirilib. 1915-ci ildə kilsə fəaliyyətə başlayıb, lakin 1931-ci ildə sökülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR