Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi: “Fatimeyi-Zəhra” məscidinin tikintisi başa çatdırılacaq

Qafqaz Müsəlmanları İdarəsi: “Fatimeyi-Zəhra” məscidinin tikintisi başa çatdırılacaq
# 17 may 2010 09:41 (UTC +04:00)
Mətbuat xidmətinin rəhbəri deyib ki, “Fatimeyi Zəhra” məscidinin tikintisi başa çatdırıldıqdan sonra ora Axund təyin olunacaq və ibadət ocağı fəaliyyətə başlayacaq. R. Dadaşova “Fatimeyi-Zəhra” məscidinin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamında olan əksər ibadət ocaqlarından biri kimi fəaliyyət göstərəcəyini deyib.

“Fatimeyi-Zəhra” Dini İcmasının rəhbəri Tofiq Rəzizadə isə APA-ya açıqlamasında məscidin QMİ-nin tabeliyinə verilməsini normal hal kimi qiymətləndirib: “Əsas məsələ məscidin sökülməsinin qarşısını almaq idi. Gələcəkdə bu məscidə kimin Axund təyin edilməsi Qafqaz Müsəlmanları İdarəsinin işidir”.

T. Rəzizadə məscidin sökülməsi ilə bağlı məhkəmə çəkişməsini davam etdirəcəklərini də bildirib: “Biz Ali Məhkəmənin qərarını aldıqdan sonra, bu məhkəmənin plenumuna müraciət edəcəyik”.

Qeyd edək ki, Bakının Yeni Günəşli qəsəbəsində inşası tamamlanmamış “Fatimeyi-Zəhra” məscidi adlandırılan yarımçıq tikinti ətrafında yaranmış problemlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan prezidenti cənab İlham Əliyevə müraciət edib. Prezident İlham Əliyev Azərbaycanın mövcud dövlət-din münasibətlərini nəzərə alaraq, sözügedən obyektin QMİ-nin sərəncamına verilməsi barədə göstəriş verib.

Prezident tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıqlar da verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR