Bank Of Baku

Azərbaycanda daha bir məscidin bağlanacağı barədə xəbərdarlıq edilib

Azərbaycanda daha bir məscidin bağlanacağı barədə xəbərdarlıq edilib
# 20 may 2010 13:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda daha bir məscidinin bağlanacağı ilə bağlı xəbərdarlıq edilib. Bu barədə APA-ya açıqlamasında bağlanacağı haqda xəbərdarlıq edilən “Müşfiq məscidi”nin imamı Mübariz Qaçayev məlumat verib. İmam deyib ki, bir həftə əvvəl Qaradağ rayon Polis İdarəsindən məscidin bağlanacağı barədə xəbərdarlıq alıblar: “Bizə bildiriblər ki, məscid qeydiyyatdan keçmədiyi üçün bağlayacaqlar. İki gün əvvəl isə növbəti xəbərdarlığı edərək sabaha nəzərdə tutulan Cümə namazının qılınmasına icazə verilməyəcəyini dedilər. Nə edəcəyimizi bilmirik. Hələlik sabaha nəzərdə tutulan Cümə namazının qılınıb-qılınmayacağı ilə bağlı yekun qərar qəbul etməmişik” .

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya vəziyyətdən xəbərdar olduqları bildirilib və hazırda araşdırma aparıldığı qeyd olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov isə APA-ya açıqlamasında sözügedən məscidin təkrar dövlət qeydiyyatından keçmədiyini xatırladıb: “Onlar gərək qeydiyyat üçün müraciət etsinlər ki, sənədlərinə də baxılsın” .

Qeyd edək ki, Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidi daha çox sünnilərin ibadət ocağı kimi tanınır. Bakıda “Əbu Bəkr” kimi tanınan “Cümə” məscidində partlayış törədildikdən və ibadət ocağı bağlandıqdan sonra vəhhabilər kimi tanınan sələfilər ibadət etmək üçün əsasən bu məscidə toplaşırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR