Bank Of Baku

Azərbaycan nümayəndə heyəti BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumunda iştirak edəcək

Azərbaycan nümayəndə heyəti BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumunda iştirak edəcək
# 25 may 2010 08:43 (UTC +04:00)
Bakı-APA. Mayın 27-29-da Braziliyanın Rio-de-Janeyro şəhərində BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumu keçiriləcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti forumun işində iştirak etmək üçün Braziliyaya yola düşüb. Bu barədə APA-ya komitənin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Sivilizasiyalararası Alyansın ilk Forumu 2008-ci ilin yanvarında Madriddə, II Forum isə 2009-cu ilin aprelində İstanbulda keçirilib. Növbəti üçüncü forum “Mədəniyyətlərarası körpü, sülh yaratmaq” mövzusuna həsr olunub. Tədbirdə BMT-nin baş katibi Ban Ki Mun, Sivilizasiyalararası Alyansın Ali nümayəndəsi X. Sampayo, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, İspaniyanın Baş naziri X. Sapareto və digər yüksək səviyyəli qonaqların iştirakı gözlənilir.

Forum çərçivəsində Sivilizasiyalararası Alyansın Dostlar Qrupunda “Nazirlərin görüşü”nün keçirilməsi də planlaşdırılır.

Forumda Sivilizasiyalararası Alyansın müxtəlif regional strategiyalarına, mədəniyyətlərarası dialoq üzrə milli planların yenidən formalaşdırılmasına, eləcə də Madrid və İstanbul konfranslarında elan edilmiş layihələrin inkişafına dair müzakirələrin aparılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR