Bank Of Baku

Tanınmış ilahiyyatçı Azər Əliyev Moskvada vəfat edib

Tanınmış ilahiyyatçı Azər Əliyev Moskvada vəfat edib
# 31 may 2010 10:54 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Moskvada Rusiyanın tanınmış müsəlman ilahiyyatçısı Azər Əliyev vəfat edib. APA-nın məlumatına görə, 55 yaşlı ilahiyyatçı uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

A. Əliyev 1955 ci iln oktyabrın 11-də Moskvada anadan olub. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirən A. Əliyev ərəb dili tərcüməçisi və elmi nəşrlərdə redaktor kimi çalışıb. O, müsəlman ilahiyyat ədəbiyyatını tərcümə və şərh edib. Dini təhsilini Qahirənin (Misir) «Əl-Əzhər» universitetində və Qumda (İran) yerləşən «Höccətiyə» mədrəsəsində alan A. Əliyev Rusiya Dövlət Dumasında və Rusiya prezidenti administrasiyasında islam məsələləri üzrə ekspert kimi fəaliyyət göstərirdi. 2006-2008-ci illərdə o, MDB Dinlərarası Şurasının katib-əlaqələndiricisi vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR