Bank Of Baku

Hidayət Orucov BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumunda iştirak edib

Hidayət Orucov BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumunda iştirak edib
# 03 iyun 2010 11:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun başçılıq etdiyi nümayəndə heyətinin qatıldığı BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumu öz işini başa çatdırıb. APA-nın xəbərinə görə, mayın 27-29-da Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən foruma 130 ölkə, beynəlxalq, regional və digər təşkilatlardan 2000-dən artıq siyasi lider, vətəndaş cəmiyyəti fəalları, müxtəlif fondların nümayəndələri və dini liderlər qatılıb. On iki aktual mövzu üzrə keçirilən beynəlxalq tədbirdə Braziliya prezidenti Lula da Silva, BMT-nin baş katibi Pan Gi Mun, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos və digər rəsmi şəxslər iştirak edib.

H. Orucov əsas plenar iclas sayılan “Nazirlərin görüşü”ndə çıxış edib. O, Azərbaycan barədə həqiqətləri toplantı iştirakçılarının diqqətinə çatdırıb. H. Orucov dünyada başqasının torpaqlarını işğal edən təcavüzkar ölkələrə haqq qazandırmaq meyillərini tənqid edib.

Beynəlxalq tədbirdə Sivilizasiyaların Alyansı Uğrunda Qlobal Gənclər Hərəkatının fəaliyyətini müəyyənləşdirən konsepsiya qəbul olunub və bu ilin oktyabr ayında Bakıda onun birinci konqresinin keçirilməsi qərarlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR