Bank Of Baku

Almaniyanın bir qrup tanınmış jurnalisti Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə görüşüb

Almaniyanın bir qrup tanınmış jurnalisti Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə görüşüb
# 10 iyun 2010 13:56 (UTC +04:00)
QMİ-dən APA-ya daxil olan məlumata görə, “Redaktoin und Alltag” informasiya gentliyinin, “Neue Zürcher Zeitung” və “Berliner Zeitung” qəzetinin redaktorları və “WDR”, “Deutsche Welle” kimi tanınmış media qurumları ilə əməkdaşlıq edən bir qrup jurnalist QMİ sədrinin birinci müavini Salman Musayev, Bakı və Xəzəryanı bölgənin Yepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının başçısı Semyon İxiilov, Avropa yəhudiləri icmasının başçısı Gennadi Zelmanoviç və Bakıdakı Katolik icmasının rəhbəri Vladimir Fekete ilə görüşüb. Alman jurnalistlər Azərbaycanda mövcud dini durumla bağlı məlumatlandırıblar.

Jurnalistlər əsas məqsədlərinin Almaniya mətbuatında Azərbaycan haqqında müfəssəl məlumat yaymaq olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR