Bank Of Baku

Rusiya mətbuatı Bakı və Xəzəryanı yepiskopu Aleksandr Atanın erməni işğalı altında olan Azərbaycan ərazisində kilsənin təməlqoyma mərasimində iştirak etdiyi barədə məlumat yayıb - YENİLƏNİB

Rusiya mətbuatı Bakı və Xəzəryanı yepiskopu Aleksandr Atanın erməni işğalı altında olan Azərbaycan ərazisində kilsənin təməlqoyma mərasimində iştirak etdiyi barədə məlumat yayıb - <font color=red> YENİLƏNİB</font>
# 19 iyun 2010 07:27 (UTC +04:00)
APA-nın “İnterfaks-Religiya” agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 18-də Xankəndində keçirilən mərasimdə Bakı və Xəzəryanı yepiskopu Aleksandr Ata da iştirak edib. Aleksandr Ata kilsənin tikiləcəyi yerə özül daşı və itaət etmək üçün xaç qoyub. Mərasimdən sonra o, separatçı Dağlıq Qarabağ rejiminə rus icması üçün kilsənin tikilməsinə dair verdiyi qərara görə minnətdarlıq edib.

Mərasimdə separatçı rejimin rəhbəri Bako Saakyan və Rusiyadan nümayəndə heyəti də iştirak edib.

Kilsə xeyriyyə hesabına inşa olunacaq. B. Saakyan artıq bəzi imkanlı şəxslərin yardım etməyə hazır olduğunu deyib.

Lakin Aleksandr Ata APA-ya açıqlamasında Xankəndinə getməsi və orada kilsənin təməlqoyma mərasimində iştirak etməsi barədə xəbərləri təkzib edib. O, hazırda Mahaçqalada olduğunu bildirib: “Mən heç vaxt Dağlıq Qarabağda olmamışam, hər hansı kilsənin təməlqoyma mərasimində də iştirak etməmişəm”.

O, Bakı və Xəzəryanı Yeparxiyadan da heç kimin həmin tədbirdə iştirak etmədiyini deyib.

Aleksandr Ata xəbəri yayan mətbuat orqanından təkzib tələb edəcəyini də sözlərinə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR