Bank Of Baku

Dövlət Komitəsi: Dağlıq Qarabağda Azərbaycanın icazəsi olmadan kilsə tikənlər həm beynəlxalq qanunlar, həm də Allah qarşısında məsuliyyət daşıyırlar

Dövlət Komitəsi: Dağlıq Qarabağda Azərbaycanın icazəsi olmadan kilsə tikənlər həm beynəlxalq qanunlar, həm də Allah qarşısında məsuliyyət daşıyırlar
# 21 iyun 2010 12:00 (UTC +04:00)
Beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin işğal olunmuş ərazi kimi tanıdığı Dağlıq Qarabağda Azərbaycanın rəsmi icazəsi olmadan, separatçı rejimin rəhbərləri ilə birgə Allah evinin təməlinin qoyulmasına nə dünyəvi, nə də İlahi qanunlarla haqq qazandırmaq mümkündür”. Bu sözləri Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov APA-nın ermənilərin Xankəndində rus-pravoslav kilsəsi inşa etdirməsi ilə bağlı sualına cavab olaraq deyib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, bunu edənlər təkcə beynəlxalq qanunlar deyil, həm də Böyük Yaradan qarşısında məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, sülhün, sabitliyin, ədalətin təmsilçisi və müdafiəçisi olan səmavi dinlər, xüsusilə onlara xidmət göstərən din xadimləri tarixi məsuliyyətlərini dərk etməli və təcavüzkarlarla eyni sırada dayanmamalıdırlar: “Əks təqdirdə bu, milyonlarla ardıcılı olan bir dini təmsil edənlərə və böyük nüfuza malik yüksək bir quruma - Rus-Pravoslav Kilsəsinə başucalığı gətirməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR