Londonda “Dinlərarası dialoq, Azərbaycan və münaqişənin həlli” mövzusunda tədbir keçirilib
İyunun 17-19-da Londonda “Dinlərarası dialoq, Azərbaycan və münaqişənin həlli” mövzusunda keçirilən tədbirin məqsədi ölkədə dini plüralizmlə bağlı maarifləndirmə işi aparmaq olub. Tədbirin açılışında Avropa Azərbaycanlıları Cəmiyyətinin vasitəsilə Azərbaycana son səfərini xatırladaraq Lord Leyrd ölkədə müxtəlif etiqadların mövcud olduğunu bildirib.
Tədbirdə çıxış edən Dünya Dinlər Konqresinin prezidenti və Üç Etiqad Forumunun həmtəsisçisi Dr. Markus Breybruk (Marcus Braybrooke) baş ravvin Conatan Saksın (Jonathan Sacks) son açıqlamasından sitat gətirib. “Conatan Saks bildirirdi ki, ölkələr icmaların icması olmalıdır və münaqişələrin vurduğu yaraların sağaldılmasında dinlərin xüsusi rolu var”. Britaniyadakı şiə müsəlmanlarını təmsil edən“Al-Khoei Fondunun direktoru Yusif Al-Khoei də bu fikri təkrarlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çıxışı zamanı bildirib ki, dini tolerantlığı heç vaxt güzəştə getmək olmaz: “Azərbaycanda tolerantlıq əsrlər boyu mövcud olub, ölkəmizdə dünyanın əksər ölkələrindən olan insanlar var. Xristianlıq Azərbaycana 2000 il əvvəl, Qafqaz alban kilsəsinin yaranması ilə gəlib. Ölkəmizdə bütün etnik və dini qruplar mehriban ailə kimi yaşayır, Azərbaycan Konstitusiyasının 48-ci maddəsi vicdan və dini etiqad azadlığını təmin edir”.
Hidayət Orucov Azərbaycanın qonşusu olan Ermənistanda vəziyyətin bunun əksi olduğunu bildirib: “Ermənistan ölkənin azərbaycanlı əhalisini qovaraq, xristianlığı dövlət dini elan edərək monoetnik, təkdinli dövlət yaratmağa çalışıb”. O erməni liderlərinin dini səbəblərdən Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalını davam etdirmək üçün necə istifadə etdikləri barədə məlumat verib. Hidayət Orucov həmçinin qeyd edib ki, ermənilər mütəmadi olaraq işğal olunmuş torpaqlarda alban xristian abidələrini və binaları dağıdaraq onları erməni irsi kimi təqdim etməyə çalışırlar.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev tanrının Azərbaycana bəxş etdiyi ən böyük sərvətin dini dözümlülük olduğunu deyib: “Tanrı Azərbaycana təbii sərvətlər bəxş edib, lakin əsl bəxşiş dini tolerantlıqdır. Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə baxmayaraq, bu tolerantlıq davam edir. Biz xristian və yəhudi qardaşlarımızın sevincini və kədərini bölüşürük. Tolerantlıq dünyanı xilas edə bilər və bu, Azərbaycanda günün reallığıdır”.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədr müavini Semyon Şalmeyev icmanın 2600 illik mövcudluğundan danışıb. O qeyd edib ki, sonradan semitik icma Avropa və gürcü yəhudi icmaları vasitəsilə genişlənib. İcmanın sədri Gennadi Zelmanoviç Azərbaycan müstəqilliyini əldə edən zaman Bakıda bir sinaqoq olduğunu, lakin ötən müddət ərzində dövlətin dəstəyi sayəsində altı sinaqoq və iki yəhudi məktəbi tikildiyini deyib.
Tədbirin sonunda bütün iştirakçılar bəyannamə imzalayaraq dinin millətlərin yaxınlaşmasında və münaqişələrin həllində xüsusi rolunun olduğunu qeyd ediblər.
Çıxışlardan sonra nümayəndə heyəti Müqəddəs Etelburqa Mərkəzinə baş çəkib, Vestminister abbatlığında axşam ibadətində iştirak edib, Londondakı Rus Pravoslav Kilsəsinə və London Mərkəzi Məscidinə baş çəkiblər. Onlar həmçinin məşhur xeyriyyəçi, Üç Etiqad Forumunun həmtəsisçisi, Sternberq Fondunun təsisçisi və prezidenti, Sternberq Yəhudi Mərkəzinin yaradıcı Ser Ziqmund Sternberqin evində görüş keçiriblər.
Keçirilən tədbiri dəyərləndirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bu cür tədbirlərin gələn il daha geniş formatda keçirilməsini arzuladığını bildirib. O qeyd edib ki, dinlərarası dialoqun rolu lazımınca qiymətləndirilməlidir. “Çünki dünənki problemlər sabahkıların eyni deyil”.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib