Bank Of Baku

Seyid Məhəmməd Hüseyni: “Azərbaycanın inkişafının şahidiyik”

Seyid Məhəmməd Hüseyni: “Azərbaycanın inkişafının şahidiyik”
# 06 iyul 2010 14:51 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İranın mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseynini qəbul edib. Komitədən APA-ya verilən məlumata görə, qarşılıqlı əməkdaşlığın perspektivlərinə ümidlə baxdığını söyləyən H. Orucov ölkələr arasındakı dövlət quruculuğu məsələlərində fərqlilikləri nəzərə almaq və ona hörmət prinsipləri ilə əməkdaşlığın dəstəklənməyə layiq olduğunu diqqətə çatdıraraq iranlı nazirin bu səfərinin mədəni əlaqələrin genişləndirilməsi və dini maarifləndirmə sahəsində səmərəli olacağını deyib.
Seyid Məhəmməd Hüseyni isə bildirib ki, ilk dəfə Bakıda 13 il əvvəl olub və Azərbaycanın inkişafının şahididir: “İran xalqı Azərbaycan Respublikasının uğurlarında çox maraqlıdır. Heç bir qəzet-jurnal, radio-televiziya sözü ölkələrimiz arasındakı yaxşı münasibətlərə kölgə salmaq iqtidarında deyil. İslam mədəniyyət dinidir. Bunu insanlar arasında yaymaqda biz çoxillik təcrübəmizi bölüşməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR