Bank Of Baku

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi erməni deputatın açıqlamasını təkzib edib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi erməni deputatın açıqlamasını təkzib edib
# 06 iyul 2010 15:40 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb. Komitədən APA-ya göndərilən məlumatda bildirilir ki, Ermənistan təmsilçiləri Azərbaycana və Azərbaycanın dövlət adamlarına qarşı yalan və iftiralar yaymaqda davam edirlər:

“Ermənistanın İrs Partiyasının parlament fraksiyasının katibi Stepan Safaryan “Regnum” saytına açıqlamasında iyunun 29-30-da Qazaxıstanın paytaxtı Astanada ATƏT-in keçirdiyi “Tolerantlıq və ayrı-seçkiliyə yol verməməli” mövzusundakı yüksək səviyyəli konfransında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin konfransa layiqincə hazırlaşmaması və erməni tərəfinin çıxışına layiqincə cavab vermək iqtidarında olmaması ilə bağlı əsassız fikirlər irəli sürüb. Halbuki həmin konfransın ikinci günündə iki çıxış - təvazökarlıqdan uzaq olsa da, Azərbaycan nümayəndə heyətinin başçısı Hidayət Orucovun məruzəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin qapanışda söylədiyi nitq alqışlarla qarşılanıb. “Regnum” Safaryanın sözlərinə əsaslanaraq belə bir məlumat yayıb ki, onun “Türkiyədə xristianların vəziyyəti və qədim Cuqada (Culfa rayonu nəzərdə tutulur-red.) məhv edilməkdə olan xristian irsi” barədəki çıxışına Azərbaycan nümayəndəsi guya tez-tələsik bir neçə sözlə cavab verməklə kifayətlənib. Ermənistan nümayəndəsi əlavə edib ki, Hidayət Orucovun çıxışı o dərəcədə“isterik və qarma-qarışıq alındı ki, o, Naxçıvanı erməni torpağı kimi təqdim etdi”. Halbuki Azərbaycan nümayəndə heyətinin başçısı “ATƏT məkanında dini ölçü daxil olmaqla dözümlülük və qarşılıqlı anlaşmaya, millətlərarası və mədəniyyətlərarası dialoqa dəstək strategiyaları” adlanan sessiyada aparıcı məruzəçi qismində çıxış edib, mülahizələrini tamamilə nəzəri-praktiki məsələlər və strateji tövsiyələr üzərində qurub. Məruzədə ümumiyyətlə, Naxçıvan məsələsinə toxunulmayıb və bu qədim Azərbaycan ərazisinin adı çəkilməyib”.

Qeyd edək ki, məlumata Hidayət Orucovun məruzəsinin siyasi məsələlərlə bağlı hissəsi də əlavə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR