Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daha 32 dini icmanı qeydiyyata alıb

Dini Qurumlarla İş  üzrə Dövlət Komitəsi daha 32 dini icmanı qeydiyyata alıb
# 07 iyul 2010 10:30 (UTC +04:00)
Komitə sədri Hidayət Orucov bildirib ki, «Dini etiqad azadlığı haqqında» qanuna edilən dəyişikliklərə uyğun olaraq dini qurumlar qeydiyyat keçmədən fəaliyyət göstərə bilməz.

O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qeydiyyata alınmaq üçün 782 dini icma müraciət edib. Onlardan 748-i islam təmayüllü, 34-ü qeyri-islam təməyüllüdür. Bu günə kimi 425 dini icma dövlət qeydiyyatından keçib, onlardan 408-i islam, 17-i qeyri-islam təmayüllü (9 xristian, 6 yəhudi, 1 krişna, 1 – bəhai) icmalardır. Qeydiyyata alınanlardan 302-si təkrarən qeydiyyata alınan dini icmalardır.

Hidayət Orucovun sözlərinə görə, 11 dini icmanın müraciətinə baxılandan sonra onları qeydiyyatla bağlı müraciətinə rədd cavabı verilib. Buna səbəb qeydiyyat üçün sənədlərin lazımı qaydada hazırlanmaması, tələblərə cavab verməməsidir. Komitə sədri həmin icmaların qeydiyyat üçün yenidən müraciət edə biləcəyini deyib.

İcma nümayəndələri Hidayət Orucovla söhbət zamanı məscidlərin, minarələrin bərpa olunması üçün yardım istəyiblər.

H. Orucov bildirib ki, qanuna edilən dəyişikliklərdən biri də dini ibadət yerinin inşası üçün Komitənin rəy verməsidir. O qeyd edib ki, sonra problem yaranmasın deyə yarımçıq tikinti işlər dayandırılmalıdır.

Dini ədəbiyyat və dini əşyaların satışı ilə bağlı yenilikləri din xadimlərinə çatdıran komitə sədri bildirib ki, onların satışı yalnız ixtisaslaşdırılmış mağazalarda və yaxud da yalnız kitab mağazalarının xüsusi guşələrində Komitənin icazəsi olduğu halda həyata keçirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR