Bank Of Baku

Bu gün Kəbə yuyulacaq

Bu gün Kəbə yuyulacaq
# 13 iyul 2010 00:48 (UTC +04:00)
Bakı-APA. Səudiyyə Ərəbistanın şahzadəsi Xalid əl Faysal bu gün kral Abdullahın adından Kəbəni yuyacaq.

Kəbə və Məscid-i Nəbəviyə cavabdeh olan Dr. Məhəmməd bin Nasil əl Huzayyamın verdiyi açıqlamaya görə, şahzadə Xalid əvvəlcə Kəbənin qapısını açacaq. Kəbənin
yuyulması mərasimi qılınan iki rükət namazla başlayacaq.

Daha sonra Kəbənin daxili divarları ağ parçalarla və gül suyu qarışdırılmış zəmzəmlə təmizlənəcək. Yerə isə gül suyu qarışdırılmış zəmzəm səpildikdən sonra sadəcə xurma yarpaqlarından istifadə olunmaqla süpürüləcək.

Kəbənin divarları və tavanı da ağ parçalarla qurulanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR