Bank Of Baku

Hidayət Orucov: “Azərbaycanda dini dözümsüzlük meyllərinin baş qaldırmaması üçün lazımi tədbirlər həyata keçirilir”

Hidayət Orucov: “Azərbaycanda dini dözümsüzlük meyllərinin baş qaldırmaması üçün lazımi tədbirlər həyata keçirilir”
# 21 iyul 2010 12:48 (UTC +04:00)
Tolerantlıq mühitinin qorunub saxlanılması, dini konfessiyalar və icmalar arasında əməkdaşlığın daha da gücləndirilməsi, dini dözümsüzlük meyllərinin baş qaldırmaması üçün lazımi tədbirlər həyata keçirilir”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Komitə sədri bildirib ki, dövlət öz vətəndaşlarının vicdan azadlığını tam təmin edir, dini duruma qanunsuz yollarla müdaxilə olunmasının qarşısını alır. H. Orucov qeyd edib ki, Azərbaycan tarixən sivilizasiyaların qovşağı olduğu üçün burada dünyanın böyük dinləri yayılıb, etnik-dini dözümlülük düşüncəsi formalaşıb: “Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, ayrı-ayrı din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayıblar. Bu unikal gerçəkliyin yaranmasında və güclənməsində ölkəmizin əsas əhalisi olan azərbaycanlıların və İslam dininin böyük xidmətləri var. Ölkəmiz tarix boyu qüdrətli dövlətlərin maraq dairəsinə düşdüyündən, dünyagörüşlərindəki fərqlərə baxmayaraq, burada yaşayan xalqlar arasında yaxınlaşma, ümumi birlik olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR