Bank Of Baku

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
# 28 iyul 2010 13:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə iyulun 29-da İslam Aləmi Liqasının yaradılmasının 50-ci ildönümünə həsr olunan tədbirdə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanına gedəcək. QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdüləzizin himayəsi altında keçirilən mötəbər tədbirə islam aləminin tanınmış dini liderləri və müsəlman ölkələrinin hökumət nümayəndələri dəvət alıblar. Tədbirdə QMİ sədrinin çıxışı etməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR