Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri azərbaycanlı zəvvarların Həcc ziyarəti zamanı qalacağı yerlərə baş çəkib

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri azərbaycanlı zəvvarların Həcc ziyarəti zamanı qalacağı yerlərə baş çəkib
# 09 avqust 2010 15:09 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri Səudiyyə Ərəbistanına səfər çərçivəsində Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarların qalacağı yerlərə baş çəkiblər. Bu barədə APA-ya QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib. Onun sözlərinə görə, nümayəndə heyəti azərbaycanlı zəvvarların qalacağı mehmanxana və imarətlərə baxış keçirərək oradakı şəraiti normal qiymətləndirib.

M. Payızov bildirib ki, Azərbaycanda Həcc ziyarətinə getmək üçün lazımi tələbləri ödəyən avtobuslar olsa da, onların sayı kifayət qədər deyil. Bu səbəbdən də Azərbaycan tərəfi Türkiyədən 60 avtobus icarəyə götürəcək.

Xatırladaq ki, QMİ sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 29-dan avqustun 3-dək İslam Aləmi Liqasının 50 illik yubileyi ilə əlaqədar Səudiyyə Ərəbistanında səfərdə olub.

Bu il Azərbaycanda Qurban bayramı noyabrın 16-17-də qeyd olunacaq. Həcc ziyarətinə gedən zəvvarlar bayramdan bir həftə əvvəl yola düşürlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR