Bank Of Baku

Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Çeçenistanda səfərdədir

Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Çeçenistanda səfərdədir
# 10 avqust 2010 09:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Çeçenistan Respublikasında səfərdədir. Bu barədə APA-ya QMİ-dən məlumat verilib.

Məlumata görə, QMİ sədrinin I müavini, müfti Hacı Salman Musayev, QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov və başqalarının da daxil olduğu nümayəndə heyəti Çeçenistan müftisinin seçkisində qonaq qismində iştirak edəcək.

Qeyd edək ki, Çeçenistan müftisini 70 nəfərlik Şura üzvü seçəcək. Seçkidə Çeçenistan prezidenti Ramzan Kadırovun da iştirakı gözlənilir.

Şeyxülislamın başçılıq etdiyi nümayəndə heyəti bu gecə Vətənə dönəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR